"Ərdoğan öldürülməlidir" - dedi, sonra üzr istədi

Fransa Beynəlxalq Əlaqələr İnstitutunun siyasi elmlər üzrə professoru Filip Moro Defarq “BFM Biznes” kanalının "Dünya 7 gündə" proqramında Ərdoğanın öldürülməsi ilə bağlı səsləndirdiyi fikirlərə görə ictimaiyyətdən üzr istəyib.
Axar.az xəbər verir ki, professor çıxışında ifrata vardığını etiraf edib.
“Bu cümləni deməməliydim. Türkiyənin vəziyyətini və sui-qəsd məsələsini bir cümlədə işlətdim. Səhv etdim. Üzr istəyirəm”, - Defarq bildirib.
Qeyd edək ki, Defarq Türkiyədə referendumun nəticələrinə etiraz edilməsi üçün hüquqi yolların bağlandığını və etiraz aksiyalarının da heç bir nəticə verməyəcəyini bildirmişdi.
O, çıxış yolunu Ərdoğanın öldürülməsində görmüşdü.