Ərdoğan: O evlərdən çıxın, kirayə haqqını biz ödəyək!

Baxış sayı:
7630

Qeyri-qanuni tikililərdən çıxın, kirayə haqqınızı biz ödəyərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa mitinqində çıxışı zamanı deyib.
“İş işdən keçdikdən sonra ağlamağın, bağırmağın faydası yoxdur. Bu qeyri-qanuni tikililərlə bağlı hər cür tədbir görülüb. Ətraf Mühit Nazirliyi 81 vilayətə mətn göndərdi. Bu qaçaq tikililərdən çıxın, kirayə haqqını biz ödəyək deyə... Biz də oralarda TOKİ ilə davamlı, etibarlı binalar inşa edək”, - deyə dövlət başçısışı əhaliyə çağırışında bildirib.