Ərdoğan “Nyu-York Tayms”a məqalə yazdı

Baxış sayı:
1993

Türkiyə prezidenti R.T.Ərdoğan “Nyu-York Tayms” qəzeti üçün məqalə yazıb.
Hurriyyet.org xəbər verir ki, “Türkiyə ABŞ ilə böhranı necə görür?” adlanan məqalədə deyilir: “Bədxahlığın dünyanın hər yerində pusquda olduğu bir dövrdə, uzun müddət müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı birtərəfli addımları yalnız ABŞ-ın mənfəətinə və təhlükəsizliyinə zərər verir. Çox gec olmadan Vaşinqtonla əlaqələrimizin asimmetrik ola biləcəyi barəsində yanlış düşüncələr bir kənara qoyulmaı və Türkiyənin alternativlərə sahib olduğu qəbul edilməlidir. Bu, birtərəflilik və hörmətsizlik trendini tərsinə çevirə bilməzlərsə, yeni dost və müttəfiqlər axtarmağa balayacağıq”.