Ərdoğan “New York Times”-a yazdı: Bir planımız var!

Baxış sayı:
8332

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “New York Times” qəzetində bir məqalə qələmə alıb.
 
Ərdoğanın “New York Times”-dakı məqaləsindən sətir başları belədir:
Tramp Suriyadan çəkilmə məsələsində doğru qərar vermişdir.
 
ABŞ ÇƏKİLMƏ PROSESİNDƏ DOĞRU TƏRƏFDAŞLARLA ƏMƏKDAŞLIQ ETMƏLİDİR
 
ABŞ-ın beynəlxalq ictimaiyyətin və Suriya xalqının maraqlarının qorunması üçün Suriyadan çəkilmənin diqqətlə planlaşdırılması və doğru tərəfdaşlarla iş birliyi içərisində həyata keçirilməsi lazımdır.
 
TÜRKİYƏ ÖZ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİR
 
Türkiyə dövləti olaraq İŞİD və Suriyadakı digər terror təşkilatlarıyla mübarizədə qəti bir əzm içərisindəyik.
Suriyada terrorçular üçün qələbə olmayacaq. Türkiyə Suriyada öz təhlükəsizliyini təmin edir.
 
BEYNƏLXALQ İCTİMAİYYƏTİN HAVADARIMIZ OLACAĞINA İNANIRIQ
 
 Türkiyə tarixin bu ən kritik dövründə əlini daşın altına qoyur. Bu prosesdə beynəlxalq ictimaiyyətin havadarımız olacağına inanırıq.
 
BÜTÜN TƏRƏFLƏRİN GÜC BİRLİYİ ETMƏSİNİN VAXTI GƏLİB
 
İŞİD-ı bitirmək və Suriyanın ərazi bütövlüyünü mühafizə etmək üçün bütün tərəflərin güc birliyi etməsinin vaxtı gəlib.
 
TÜRKİYƏNİN BİR PLANI VAR
 
Türkiyənin Suriyada sülhü təmin etmək üçün bir planı var.
Radikallaşmağın əsasında yatan səbəbləri ortadan qaldıracaq əhatəli bir strategiya həyata keçirmək istəyirik.
Suriya kürdləri ilə problemimizin olmadığını bildirmək istəyirəm.
Müxalifət.az