​Ərdoğan NATO-nun üzrünü o halda qəbul edər ki... - ŞƏRT

Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adının yer alması qəbuledilməzdir.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi İşləri üzrə naziri Ömər Çelik deyib.
“Bunun səbəbkarı NATO təlimlərindən qovuldu, ancaq məsələnin bununla kifayətlənməsini istəmirik. Həmin şəxsin cəzalandırılmasını istəyirik. Müttəfiq ölkələrin təhlükəsizliyini qorumalı olan NATO-nun öz təlimində təhlükəsizliyi təmin edə bilmədiyini gördük. NATO ilə əlaqələrimizə kölgə düşdü. Onlar Prezident Ərdoğandan üzr istədilər. Əgər lazımı addımlar atılsa, yəni həmin şəxs cəzalandırılsa, NATO-nun üzrünü qəbul edəcəyik”, - Çelik bildirib.
Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib. Norveç və NATO Türkiyədən üzr istəyib.