Ərdoğan NATO-nun baş katibinin əlini havada saxladı - "KORONA..." / VİDEO

Baxış sayı:
2130

Türkiyə prezidenti R.T.Ərdoğan Belçikanın paytaxtı Brüssel şəhərində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransının sonunda Stoltenberq Türkiyə prezidenti ilə görüşmək üçün əlini uzatdığı zaman Ərdoğan “korona” deyərək əlini geri çəkib və köksünə qoyub. NATO-nun baş katibi bu davranışı təbəssümlə qarşılayaraq eyni ilə qarşılıq verib./Hurriyyet.org