Ərdoğan müharibə siqnalını verdi: "İnşallah, çox yaxında..."

Baxış sayı:
472

“Çox yaxında fərqli bir mərhələyə keçəcəyik”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalındakı terrorçuları zərərsizləşdirməklə təhlükəsiz bölgə yaratmaq məsələsindən danışarkən deyib.
Prezident bildirib ki, cənub sərhədində müttəfiqlərinin ağır silahları ilə böyüdülən terrorçular aradan qalxmadıqca Türkiyə özünü təhlükəsiz hiss etməyəcək: “Fərat Qalxanı və Zeytun budağı hərəkatları ilə başlatdığımız bu prosesi, inşallah, çox yaxında fərqli mərhələyə daşıyacağıq”.
Qeyd edək ki, təhlükəsiz bölgənin yaradılması ilə bağlı Türkiyə və ABŞ arasında danışıqlar davam edir. ABŞ bölgədə dəstək verdiyi YPG/PYD terror təşkilatına zərər gəlməsini istəmir./Publika