​“Ərdoğan mənə altı gündən bir “Hitler” deyir” - NETANYAHU

Baxış sayı:
7027

İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyə ilə ölkəsi arasındakı münasibətlərin düzəlməsi barədə etdiyi zarafat ortaya çıxıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Türkiyə-İsrail məsələləri üzrə mütəxəssis professor Luis Fişman Tvitter vasitəsilə Netanyahunun Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan barədə dediklərini yayımlayıb.
“Türkiyə ilə münasibətlərimizdə irəliləyiş əldə edilib. Ərdoğan artıq mənə iki gündən bir yox, altı gündən bir “Hitler” deyir”, - Netanyahu bildirib.