Ərdoğan mitinqdə Tansu Çillərlə GÖRÜŞDÜ

Baxış sayı:
2524

Türkiyənin keçmiş baş aziri Tansu Çillər, AK Partiya tərəfindən “Yenikapı” Mitinq Meydanında keçirilən "Böyük İstanbul Mitingində" iştirak iştirak etməklə Ərdoğana dəstəyini nümayiş etdirib.
 
Türkiyənin keçmiş baş naziri Tansu Çillər, AK Partiya tərəfindən “Yenikapı” Mitinq Meydanında keçirilən "Böyük İstanbul Mitingində" iştirak edib. Çillər, prezident Rəcəb Tayyib Ərdoğan ilə söhbət edib.
Jurnalistlərə açıqlama verən verən Çillər, "Bu gün milli bir şüurla buradayam. Bu açıqlamanı millətimə verməyi də borc bildim" deyib.
 
MEHMETÇİK DASTAN YAZMAQDADIR! DÜNYA ÇAŞQINDIR
 
“Bu son dövrdə terror mübarizəsində ciddi uğurları əldə etməklə əsgərimiz dastan yazmaqdadır. Bu dastan bütün dünyada heyrət yaratmışdır.
Bir keçmiş baş nazir olaraq demək məcburiyyətindəyəm. Bu terror ya bitəcək, ya qurtaracaq, deyən bir baş nazir olaraq söyləmək məcburiyyətindəyəm ki, terror mübarizəsi yalnız bir hərbi müdaxilə deyil. Terror mübarizəsinin çox mühüm bir ünsürü xarici siyasətdir. Xarici siyasətdə dar bir sahədə daim dəyişən müttəfiqlər, ciddi bir qətiyyət və sürətlə inkişaf etdirilən çözümlər tələb edir”.
Çillər, prezident Ərdoğanın xanımı Əminə Ərdoğan ilə söhbət edib.
 
DAĞIDICI İTTİFAQ ŞƏRHİ "ƏŞYANIN TƏBİƏTİNƏ ZİDDİR”
 
“24 iyunda seçkilərə gedirik. Bu həll yollarını kim bizə gətirəcək? Qarşımızda ittifaqları görürük. Bir qisminin çox hissəli olduğunu görürəm. 4 və ya 5 tərəfdaşlıqdan mütəşəkkil bir ittifaq ortaya çıxır. Bunlar nüfuzlu partiyalar, nüfuzlu liderlər də ola bilər. Ancaq burada da əşyanın təbiətində uyğunlaşma çətinliyi var. Bütün bununla yanaşı, çox təcili həllini gözləyən terror, iqtisadiyyat, xarici siyasət var ki, bunu da təcili qaydada həll etməlidirlər”.
Müxalifət.az