Ərdoğan Merkelə İdlib razılaşmasından danışdı

Baxış sayı:
3154

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Yerli KİV-lər xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Ərdoğan söhbət zamanı İdliblə bağlı razılaşmanın bölgədəki həm dinc əhalinin, həm də orada xidmətdə olan türk əsgərlərinin həyatını qoruduğunu bildirib.

Yunanıstan sərhədindəki gərginlikdən danışan Ərdoğan Merkelin diqqətinə həm də Afinanın beynəlxalq hüququ ciddi şəkildə pozduğunu çatdırıb.

Türk lider Ankara-Avropa İttifaqı arasında miqrasiya razılaşması mexanizminin işləmədiyini və bu müqaviləyə yenidən baxılmasına gərək olduğunu da vurğulayıb./Virtualaz.org