Ərdoğan Makronun üzünə söylədi: "Sən danışa bilməzsən"

Baxış sayı:
9166

Şərqi Aralıq dənizində Türkiyənin içinə alan bir gərginlik artmaqda davam edir. Bölgədə Türkiyə Yunanıstan, İngiltərə və AB-nin söz haqqı varkən, Fransanın etdiyi açıqlamaya Türkiyənin prezidenti Ərdoğan sərt reaksiya vermişdi.
 
G-20 Liderlər zirvəsi çərçivəsində Fransa prezidenti Makronla da görüşən Ərdoğan, bu sərt təpkisini bu dəfə Fransız həmkarının üzünə qarşı söyləyib.
 
"BAX, SƏN DANIŞA BİLMƏZSƏN” DEDİM
 
"Makronla görüşüm tam əksinə, çox müsbət keçdi" deyən Ərdoğan, "Hörmətli Makron "niyə mənə bunları söylədin, filan" demədi. İkili görüşümüzdə özünə şəxsən söylədim. "Bax" dedim, "Kipr məsələsində sən danışa bilməzsən. Sənin Kiprlə yaxından, uzaqdan əlaqən yoxdur. Burada mən danışaram, Yunanıstan danışar, İngiltərə danışar, Avropa Birliyi danışar, amma sən danışa bilməzsən" deyə söylədiyini bildirib.
Müxalifət.az