Ərdoğan əleyhinə “İttifaqın” GİZLİ ORTAĞI MƏLUM OLDU

Baxış sayı:
3370

Ölkələrində Ərdoğanın rəhbərlik etdiyi AK Partiyaya qarşı seçki əngəllərini "qanunlarına” əsaslandıran Avropa ölkələrinin ikili standartı bir daha gün üzünə çıxdı.
 
Avropa ölkələri, AK Partiyanın seçki təbliğatına mane olarkən, CHP və layihə olan İYİ PartiyanınAlmaniyanın Köln şəhərindəki təbliğat proqramlarına isə icazə verilib.
Bundan başqa, CHP və İYİ Partiyanın Köln proqramlarına icazə verilməsinə baxmayaraq, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun dəvət olunduğu Solingen faciəsinin ildönümü münasibətilə əyalət parlamentində keçiriləcək anma mərasiminin ləğv edilməsi diqqət çəkib. Hansı ki, nazir Çavuşoğlu sadəcə Solingen Bələdiyyəsində anma mərasimində iştirak edəcəkdi.
Olanlar onu deməyə imkan verir ki, Türkiyədə yaradılan müxalifət alyansına qeyri rəsmi olaraq Avropa da əlavə olunub və birlikdə koordinasiyalı hərəkət edirlər. Bunun başqa bir dəlili ondan ibarətdir ki, son zamanlar Avropada Layihə İYİ Partiyanın sədri Maral Akşənər və PKK-nın siyasi qolunun həmsədri Səlahəddin Demirtaş ilə bağlı məlumatlar dərc olunur və təbliğ edilirlər. Heç şübhəsiz ki, bütün bunlar layihə xəbərlərdir.
Müxalifət.az