Ərdoğan Əkrəm İmamoğlu haqda nələr dedi?

Baxış sayı:
3376

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan sabah İstanbulda keçiriləcək Bələdiyyə seçkisiylə ilə əlaqədar açıqlama verib:
 
"Ali Seçki Komissiyası İstanbuldakı seçki saxtakarlığına görə, seçkilərin yenidən keçirilməsinə verdi. Seçkinin yenilənməsi yalnız böyük şəhərə məxsus deyil. Bazar günü İstanbul xalqı önümüzdəki 5 il boyunca özünü idarə edəcək bələdiyyə başçısını seçəcək. Bu ölkənin alimləri, sənətçiləri, idmançıları, fikir adamları olaraq sizlər kimin təcrübəsi olduğunu çox yaxşı bilirsiniz. İstanbulun əmanətini layiqiylə daşıya biləcək namizəd aydındır. Bu məsələdə mən sizlərin fərasətinə güvənirəm. İstanbulun gələcəyinə yönəlik qərarı verəcəyinə inanıram. Sizlərdən xahişim ətrafınızda CHP, İYİ Partiya, Səadət, HDP və digərlərinə səs verən vətəndaşlarımızla İstanbulla əlaqədar qənaətlərinizi paylaşmanızdır. İstanbulu hansı şərtlərdə təhvil aldığımı unutmadan. Amma gənc nəsil bunları bilmir. Onu sizlər, ataları, əmiləri, dayıları olaraq bilirsiniz. CHP-nin namizədinin daha çox bacarıqsız, yalançı adam olduğunu bu adamı yaxından tanıyan hər kəs bilir".

Müxalifət.az