Ərdoğan İsrailə qarşı ATACAQLARI ADDIMLARI AÇIQLADI

Baxış sayı:
1411

Türkiyə prezidenti Ərdoğan, İsrail ilə ticarət əlaqələrini nəzərdən keçirəcəklərini açıqlayıb. İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammitində "boykot" üçün tövsiyə qərarı qəbul olunduğunu bildirən Ərdoğan, "Türkiyə olaraq iqtisadi, ticarət əlaqələrimizi müzakirə edəcəyik. Seçkidən sonra bu istiqamətdə addımlarımızı atacağıq" deyib.
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, mühacirlərlə görüşdüyü Bosniya və Herseqovinadan qayıdışında təyyarədə onu müşayiət edən mətbuat nümayəndələrinə mühüm açıqlamalr verib.
“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Zirvəsindən sonra İsrailə sanksiya, boykot, təcrid olunma məsələsində konkret addımlar atılacaq, yoxsa..” sualına cavab verən Ərdoğan bunları deyib;
“Bu barədə İslam Əməkdaşlıq Təşkilatı olaraq, bunların məhsullarına qarşı boykot tətbiq edilməsi barədə tövsiyə qərarı aldıq. Arzu edirəm ki İslam Əməkdaşlıq Təşkilatına üzvü olan ölkələr alınan tövsiyə qərarı əsasında boykot tətbiq etsinlər; Nəticədə oralardan artıq hər hansı bir məhsul alınması da söz mövzusu olmaz. Təbii ki, bizdə eyni şəkildə bu vəziyyəti nəzərdən keçirəcəyik. Türkiyə olaraq orayla olan münasibətlərimizi, xüsusən iqtisadi, ticarət əlaqələrimizi müzakirə edəcəyik. Qarşımızda məlum seçki var, seçkidən sonra bizlər də bu istiqamətdə addımlarımızı atacağıq.
 
MÜSTƏQİL İSTİNTAQ KOMİSSİYASI YARADILACAQ
 
Müstəqil istintaq komissiyanı yaratmaq qərarı verdik. Amma belə bir komissiyanın qurulmasının da xaricində, Kosovoda olduğu kimi, Bosniya və Herseqovinada olduğu kimi, orada Birləşmiş Millətlər Təşkilatının(BMT) bir sülhməramlı qüvvəsinin yaradılması üçün də tövsiyə qərarı aldıq. Bu, çəkindirici olacaq; İsrailin, Birləşmiş Millətlər Təşkilatının qüvvələrinə güllə atmanın asan olmayacağını düşünürük".
Müxalifət.az