Ərdoğan İsrail Knessetinin deputatları ilə qapalı görüş keçirdi

Baxış sayı:
4627

Türkiyə Fələstin xalqına dəstəkdən imtina etməyəcək və ona hərtərəfli yardımı davam etdirəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Knessetinin ərəb deputatları ilə İstanbuldakı görüşündən sonra mətbuata açıqlamasında deyib.
Ərdoğan bildirib ki, Türkiyə Fələstinin işğalnın dayandırılması, sülhün təmini və stabillik üçün mümkün olan hər şeyi edir. Ərdoğan həmçinin ərəb deputatlara İsrail Knessetindəki önəmli fəaliyyətlərindən dolayı təşəkkür edib.
Qeyd edək ki, Ərdoğan İstanbulda Knessetin ərəb deputatları ilə bağlı qapı arxasında 1,5 saatlıq görüş keçirib.