Ərdoğan: “İŞİD silinib. Niyə ABŞ hələ də silah tırlarını Suriyaya göndərir?”

Muxalifət.az xəbər verir ki, Türkiyə prezidenti bu gün başçılıq elədiyi AKP-nin (Ədalət və İnkişaf Partiyası) iclasında çıxış edib.
Ərdoğan ABŞ-ın PKK/PYD/YPG-ni silahlandırması məsələsinə də toxunub, süni şəkildə yaradılmış İŞİD-in sayəsində terrorçuluqla mübarizə adı altında əsl hədəfin Türkiyəyə qarşı silah qaldırmaq olduğuna işarə vurub: “İŞİD-in ortaya çıxması və meydandan getməsi prosesi başdan-ayağa müəmmalarla doludur. Yaxşı, niyə hələ də silah dolu tırlar Şimali Suriyaya və ya Suriyaya gedir? Bunu izah eləmələri lazımdır. Dərd başqadır, nəyin nə olduğunu bilmirik. Heç kim, Türkiyənin özünə də aid olan bu problemlər qarşısında əlini-qolunu sallayıb gözləyəcəyinə arxayın olmasın. 3 min nəfərə yaxın İŞİD terrorçusunun zərərsizləşdirilməsi adi hadisə deyil. İŞİD bölgədən silinib. Çox yerdə bu terror təşkilatı gedib, yerini başqasına verib...”