Ərdoğan ilk dəfə maska ilə görüntüləndi - VİDEO

Baxış sayı:
1732

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə maska ilə görüntülənib.

“Haberler” xəbər verir ki, Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının açılış mərasimindən qayıdan türkiyəli liderin maska taxması diqqətdən qaçmayıb. Ərdoğan xəstəxana kompleksinin çıxışında avtomobilindən kameralara əl yelləyib.

Qeyd edək ki, Ərdoğan indiyədək maska ilə görüntülənməyib./Qafqazinfo