Ərdoğan ilə Davutoğlu telefonla danışıb: “Partiya qururmuşsan...”

Baxış sayı:
5047

“Hürriyət”in yazarı Abdulqadir Selvi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş baş nazir Əhməd Davutoğlu ilə telefonda danışdığını iddia edib.
 
Abdulqadir Selvi Rəcəb Tayyib Ərdoğanın keçmiş baş nazir Əhməd Davutoğlu ilə telefonda danışdığını irəli sürüb. Selvi "Ərdoğan 'Partiya qururmuşsan' deyə soruşub. Davutoğlu 'Mənim bir iradə bəyanım olmadı' deyib" deyə yazıb.
Ərdoğan ilə Davutoğlunun telefonda İstanbul seçkilərini danışdığını qeyd edən Selvi, Ərdoğanın Davutoğlundan işlərə qatılmasını istədiyini iddia edib. Davutoğlunun bu istəyi geri çevirdiyini söyləyən Selvi, danışığın qısa müddətdə yeni partiya mövzusuna gəldiyini söyləyib.
Selvi yazısında bununla bağlı bu ifadələri işlədib:
"Davutoğlu 22 aprel tarixində 14 maddədən ibarət olan bir açıqlama etmişdi. Bundan başqa, Ramazanda Diyarbəkirdə bir iftar mərasiminə qatılıb, çıxış etmişdi. Ərdoğan bunları eyham edərək 'Çıxışlar edirmişsən' deyir. Davutoğlu 'Bunlar sizin üçün sürpriz deyil. Onsuz da fikirlərimi sizə təqdim etmişdim' deyə cavab verir. Partiya sualı bu dialoqun üzərinə gəlir. Ərdoğan 'Partiya qururrmuşsan' deyə soruşur. Davutoğlu 'Mənim bir iradə bəyanım olmadı' deyir. Danışıq Davutoğlunun 'Mən sizə bayram üçün zəng etmişdim. Bayramınız mübarək olsun' sözünə Ərdoğanın 'Bayramın mübarək olsun' cavabı ilə bitir. Danışıqdan müsbət bir tərzin olmadığı müəyyəndir".
Müxalifət.az