Ərdoğan Gül və Davudoğlu ilə SALAMLAŞMADI

Baxış sayı:
1939

Keçmiş nazir Şövkət Kazanın dəfn mərasiminə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq baş nazir, Gələcək Partiyasının rəhbəri Əhməd Davudoğlu ilə salamlaşmayıb.

Mərasim keçirildiyi əraziyə gələn Ərdoğan koronavirus təhlükəsi səbəbindən heç kimlə əl sıxışmayıb.

Bu məqamda prezident sələfi Abdullah Güllə baş işarəsi ilə salamlaşıb.

Türk liderin Davudoğlu ilə salamlaşmaması diqqətlərdən yayınmayıb./Axar