​Ərdoğan: Görünməmiş bir ZƏRBƏ ENDİRƏCƏYİK

Hazırda silahlı və silahsız uçan aparatlarımız, F-16-larımız orada əməliyyatları davam etdirir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa şəhərində çıxışı zamanı danışıb.
“Bu gün aldığım xəbərlər bir qədər fərqlidir. 9 şəhid vermişik, ancaq 55 terrorçu zərərsiz hala gətirilib. Bu rəqəm daha da artacaq, çünki “şəhidlərimizin qanı yerdə qalmayacaq” demişdik. Terrorla mübarizə sahəsində bu günə qədər görünməmiş bir zərbə endiriləcək. Biz tək bir əsgərimizin, polisimizin, jandarmamızın, təhlükəsizlik qoruyucumuzun, vətəndaşımızın dırnağını belə bütün terrorçulara dəyişmərik”, - Ərdoğan deyib.
Qeyd edək ki, ötən gün Türkiyənin Hakkari vilayətinin Şəmdinli mahalında 8 əsgər, bu gün isə Diyarbəkirdə 1 polis şəhid olub.