​Ərdoğan Fransanı tənqid etdi: Həddindən artıq...

Baxış sayı:
4936

Ankara Fransada yaşananları izləyir və "Sarı jiletlilər" hərəkatında iştirak edənlərə həddindən artıq güc tətbiq edilməsinə qarşı çıxır. Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Avropanın bir çox şəhərlərində, həmçinin Parisdə gərgin vəziyyət yarandı. Bu gün biz Türkiyə şəhərlərində qan tökənlərə qarşı heç bir reaksiya verməyən ölkələrin durumunu izləyirik. Bəziləri həddən artıq güc tətbiqi ilə bağlı polisimizi ittiham edirdilər. Amma görürsünüz, onların polisi insanlarla necə rəftar edir, bizim polisimiz isə insanpərvərcəsinə davranır", - Ərdoğan qeyd edib. Onun sözlərinə görə, yaranmış vəziyyət Avropada demokratiya və azadlıq prinsiplərinin ciddi şəkildə pozulmasıdır.