​Ərdoğan: Fransa güclənməyimizdən narahatdır, ancaq...

Baxış sayı:
3874

Fransanın son vaxtlar Türkiyəyə qarşı etdiklərini görürsünüz. Güclənməyimizdən narahat olursunuzsa, istəsəz də, istəməsəniz də daha güclü olacağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, BMT Təhlükəsizlik Şurasının üzvləri arasında xalqı müsəlman olan ölkənin olmamasından narazı olduğunu da dilə gətirib:
"Biz ədalət istəyirik. BMT ədaləti bərpa etmək üçün yaradılıb, amma hazırda belə yanaşma varmı? Yoxdur. Biz bəşəriyyətin ədalətini axtarırıq. İnşallah, gec-tez bunu tapacağıq. Bir gün dünya məzlumlarının ədalət tələbinin yerinə yetirildiyini görəcəyik”.
Ərdoğan BMT-yə üzv ölkələrin hamısının Təhlükəsizlik Şurasına üzv olmasını təklif edib:
“Hazırda 196 ölkə təşkilata üzvdür. Bizim BMT Təhlükəsizlik Şurasına üzv olmaya haqqımız yoxudurmu? Şuranın 5 daimi, 15 müvəqqəti üzvü var. 20 üzvün hamısı daimi olsun.10-ü növbəti dövr üçün qalsın və bu dəyişim davam etsin. Bilavasitə 196 üzvün 196-sı da Təhlükəsizlik Şurasının üzvü olsun. Bu xeyirli təşəbbüsü birlikdə dəstəkləməliyik. Bunu birlikdə etməsək, FETÖ və İŞİD kimi terror təşkilatlarına fürsət vermiş olarıq”.