“Ərdoğan faiz lobbisinə MÜHARİBƏ ELAN EDİB”

Baxış sayı:
9304

Professor Əbubəkr Sofuoğlu, Türkiyə prezidenti Ərdoğanın faiz lobbisi ilə böyük bir müharibəyə girdiyini, Ərdoğanın seçki riskinə baxmayaraq faizi qaldırmadığını və bunun bir inqilab olduğunu deyib.
 
Sakarya Universitetinin müəllimi professor Əbubəkr Sofuoğlu, dolların yüksəlməsi ilə bağlı, "Prezident Ərdoğan seçki riskinə baxmayaraq, sələm və sələm lobbisi ilə böyük bir müharibəyə girdi" deyərək “Prezidentin arxasında durun” çağırışı edib.
 Sofuoğlu Türkiyəyə iqtisadi hücumun başladığını deyib.
 
SƏLƏM ÇAĞIRIŞLARI BAŞLADI
 
Dollar probleminin planlı təcavüz olduğunun ən böyük dəlillərindən biri, beynəlxalq təşkilatlar və iqtisadçıların Türkiyəyə təcili faiz yüksəltmə çağırışlarıdır.
Müxalifət.az