Ərdoğan erməni deputatın evinə getdi - SƏBƏB

Baxış sayı:
3504

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan erməni əsilli millət vəkili Markar Yesayanı evində ziyarət edib.

Bu barədə hakim Ədalət və İnkişaf Partiyasından deputat seçilmiş Yesayan bildirib.

Sağlamlığı ilə əlaqədar olaraq erməni siyasətçi uzun müddətdir işə getmir, buna görə də Ərdoğan ona baş çəkməyə gedib.

Yesayan Türkiyə Prezidentinə təşəkkür edib: "Hörmətli Prezident, gəldiyiniz üçün təşəkkür edirəm. Böyük şərəf verdiniz".

2019-cu ilin oktyabrından müalicə kursu keçən Yesayan parlamentə seçilməmişdən əvvəl uzun illər jurnalist kimi çalışıb. Xüsusilə 1997-2008-ci illərdə İstanbulda nəşr olunan ermənidilli “Akos” qəzeti üçün məqalələr yazıb./Virtualaz