Ərdoğan dünya ikincisinə zəng etdi

Baxış sayı:
2029

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin fiziki məhdudiyyətli futbolçulardan ibarət yığma komandasının kapitanı, dünya ikincisi Osman Çaxmağa zəng edib.
Muxalifet.az xəbər verir ki, prezident futbolçuya anasının dəm qazından zəhərlənib vəfat etməsinə görə başsağlığı verib.
Osman Çaxmaq Türkiyə prezidentinə diqqət və qayğısından dolayı təşəkkür edib.
Qeyd edək ki, ötən gün Osman Çaxmağın anası dəm qazından boğularaq vəfat edib, atası isə reanimasiyaya yerləşdirilib.