​Ərdoğan dünya çempionunun vəfatından danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur atlet Naim Süleymanoğlunun vəfatı ilə əlaqədar olaraq başsalığı verib.
 
Muxalifet.az xəbər verir ki, Ərdoğan sosial media hesabında bu sözləri bildirib: “Ağır atletika üzrə Avropa, dünya və Olimpiya çempionu Naim Süleymanoğluna Allahdan rəhmət diləyirik. Ailəsinə, sevənlərinə və idman dünyamıza səbr diləyirəm”.
Qeyd edək ki, uzun müddətdir qara ciyər xəstəliyindən əziyyət çəkən atlet bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.