"Ərdoğan devrilərsə, bu bölgə məhv olacaq" - RUSİYALI EKSPERT

Qərb yenidən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana qarşı çevriliş cəhdi həyata keçirəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İvan Konovalov “Zvezda” telekanalında çıxışı zamanı deyib.
“Əvvəla, S-400-ə sahib olan ölkə regionun ən güclü dövləti olacaq. Türkiyə üçün bu çox önəmlidir. Su-24 böhranını və əlaqələrimizin pisləşdiyi günləri xatırlamalıyıq. Moskvanın, xüsusilə Rusiya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin uğurlu siyasəti nəticəsində Türkiyə yalnız strateji partnyorumuz olmadı. Eyni zamanda Türkiyə İdlib kimi ən ağır bölgənin əməliyyatını öz üzərinə götürdü”, - Konovalov bildirib.
O, həmçinin iddia edib ki, Qərb hər vəchlə Ərdoğandan qurtulmaq istəyir:
“Qərb Ərdoğana qarşı yeni çevriliş cəhdlərini sınaqdan keçirəcək. Şübhəsiz. Qərbin Türkiyə ilə bağlı ilk hədəflərindən biri budur. Ərdoğan bunun fərqindədir. Bir məsələyə diqqət çəkmək istəyirəm: Türkiyə Rusiya ilə Suriya məsələsində, İdlib kimi ən çətin mövzuda razılaşdı. Əgər Ərdoğan devrilərsə, bütün İdlib bölgəsi məhv olacaq”.