“Ərdoğan cəsur bir liderdir” – Amerikalıdan açıqlama

Baxış sayı:
1405

ABŞ mərkəzli humanitar yardım təşkilatı Love Army-nin rəhbərlərindən Slim Rais, bölgədə heç kəs Türk yardım təşkilatlarının səviyyəsinə çata bilmədiyini deyib. “Prezident Rəcəb Tayyib Ərdoğan mənə görə, İslam dünyasının mənafeyini müdafiə edən yeganə Müsəlman liderdir” deyə, bildirib.
 
Rais, 2003-dən bu yana daim yardım fəaliyyətləri ilə məşğul olduğunu ifadə edib.
Ata-baba torpaqları olan Fələstinə xüsusi maraq göstərdiyini dilə gətirən Rais, "2003-dən bu yana 6 dəfə Qəzzaya getdim və şəhərdə cəmi 2 il qaldım. Ən son 2014-də regionda münaqişələrin baş verdiyi zaman Qəzzada humanitar yardım fəaliyyətləri aparırdım" deyə, söyləyib.
Dünyada müharibə və humanitar böhranların yaşandığı Sudan, Suriya və Somali kimi ölkələrdə də fəaliyyət göstərdiyini qeyd edən Rais, Love Army-nin bu bölgələrdəki layihələrinin davam etməkdə olduğunu vurğulayıb.
 
ƏRDOĞAN CƏSUR BİR LİDERDİR
 
Rais, dünya miqyasında Müsəlmanlara Türkiyədən başqa sahib çıxan bir ölkə tanımadığını bildirərək," Prezident Rəcəb Tayyib Ərdoğan mənə görə İslam dünyasının mənafeyini müdafiə edən yeganə Müsəlman liderdir. Nə vaxt Qüdsdə bir problem çıxsa, tək danışan lider sizin prezidentiniz olur. Ərdoğan cəsur bir liderdir. Mən onun doğru yolda olduğunu düşünürəm" deyib.
Bundan əvvəl Türkiyədə bir neçə dəfə səfərdə olduğunu və Türk insanının səmimiyyətinə yaxından şahid olduğunu dilə gətirən Rais, 2016-dakı 15 iyul dövlət çevrilişi cəhdindən sonra Türklərdən çox təsirləndiyini vurğulayıb.
Müxalifət.az