Ərdoğan Consonla "Sülh çeşməsi"ni müzakirə etdi

Baxış sayı:
230

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon söhbətində Türkiyə Prezidenti “Sülh çeşməsi” əməliyyatının məqsədləri barədə baş nazirinə məlumat verib.

Prezident Ərdoğan Suriyanın şimalındakı PKK-YPG təhdidinin tam aradan qaldırılmasına qədər əməliyyatların davam etdiriləcəyini, doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan suriyalıların könüllü və təhlükəsiz şəkildə geri qayıtmalarının təmin olunacağını vurğulayıb.