Ərdoğan Camal Xaşoginin qətlinin təfərrüatlarını AÇIQLAYACAQ

Baxış sayı:
109

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, səudiyyəli müxalif jurnalist Camal Xaşoginin (Camal Kaşıkçı) öldürülməsinin təfərrüatlarını sabah parlamentdə, AKP-nin qrup toplantısında açıqlayacaq. Virtualaz.org xəbər verir ki, Ərdoğan hadisənin bütün təfərrüatlarının açıqlanmalı olduğunu deyib.

Qeyd edək ki, "The Washinton Post" qəzetinin yazarı Camal Xaşogi Türkiyə hakimiyyəti ilə yaxın münasibətlərə, o cümlədən prezidentlə şəxsi münasibətlərə malik olub. Ərdoğan onun haqqında "arkadaş" kimi bəhs edirdi.

“Məsələ ilə bağlı geniş açıqlamalarımı sabah qrup toplantısında verəcəyəm. 15 nəfər buraya niyə gəldi. 18 nəfər niyə tutuldu? Bunlar bütün detalları ilə açıqlanmalıdır. Bunları sabah çərşənbə axşamı qrup toplantısında daha fərqli şəkildə açıqlayacam. Orada detallardan bəhs edəcəyəm”-Ərdoğan bildirib.

 

“Hürriyet” qəzetinin yazarı Abdülkadir Selvi isə sabahı gözləmədən Xaşoginin ölümü ilə bağlı bəzi detalları yazıb. Onun yazısında göstərilir ki, jurnalist konsulluqda tutulan kimi birbaşa konsul Muhammed əl-Üteybinin otağına aparılıb. Xaşogi sorğuya çəkilmədən cəllad qrupu tərəfindən dərhal boğulub. Onun boğulması 7-8 dəqiqə çəkib, bu vaxt jurnalist təbii reflekslə cəlladlara müqavimət göstərib.

Xaşogini öldürəndən sonra cəlladlar onun qolundakı “Aplle” smart-saatının fərqinə varıblar. Saatın mobil telefonla əlaqəli olduğunu bildikləri üçün onu açmağa və məlumatları silməyə çalışıblar. Bu məqsədlə jurnalistin barmağı kəsilib və kəsilmiş barmaqla saatı açmağa cəhd olunub. Amma baş tutmayıb.

“Səudiyyə tərəfinin açıqladığından fərqli olaraq konsulluqda heç bir mübahisə və ya dava olmayıb, jurnalist dindirilməyib. Onu plastik paketlə və ya ipə oxşayan hansısa plastik materialla boğmağa başlayıblar. Sonra dəhşətin ikinci hissəsi başlayıb. Pataloji anatomiya mütəxəssisi əl-Tubaigy musiqi açıb və cəsədi 15 hissəyə ayırıb. Bütün bunlar konsulun otağında baş verib. Kaşıkçının öldürülmə anına aid səs yazısı da həmin an yaşanan vəhşiliyi əks etdirir”-“Hürriyet” yazarı bildirir.