Ərdoğan bu ölkəni türkləşdirir – SENSASİON İDDİA

Baxış sayı:
2449

Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatlar bu bölgənin türkləşməsinə səbəb olub.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.
Suriyalı diplomat Astanada (Qazaxıstan) Suriyanın şimalındakı türkləşmə prosesi barədə müzakirə aparıldığını bildirib:
“Bölgədə türk bayraqları asırlar, məktəblərə türkləri cəlb edirlər. Bu beynəlxalq hüquq normalarına ziddir”.
Bəşər Cəfəri baş verənlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ittiham edib:
"Bunu Türkiyə hakimiyyəti edir. Bu məsələ apardığımız danışıqlarda əsas müzakirə mövzularından biridir. Türkiyənin belə hərəkətlərinin təhlükəsizliyimizi təhdid etdiyini bildirdik".