"Ərdoğan Boltona həddini bildirdi" – “Nyu-York Tayms”

Baxış sayı:
472

 New York Times (NYT) qəzeti, ABŞ prezidentinin təhlükəsizlik müşaviri olan Boltonun qısa sürən Türkiyə ziyarətini, "Ərdoğan, Türkiyənin terror təşkilatını qoruması lazım olduğunu söyləyən Boltona həddini bildirmişdir" başlığıyla yazı dərc edib.
 
ABŞ prezidenti Trumpın Suriyadan çəkilmə planını "dolaşıq" olaraq xarakterizə edən NYT, prezident Ərdoğanın Boltonu geri çevirməsiylə birlikdə bu planın daha da qarmaqarışıq hala gəldiyini yazıb.
 Prezident Ərdoğanın TBMM-etdiyi çıxışında söylədiyi "Boltonun İsraildə verdiyi mesajın qəbul edilməsinin mümkün olmadığını və bunun böyük bir səhv olduğu" məzmunundakı mesajını oxucularına xatırladan NYT, məhz bundan sonra Ərdoğanın Boltonla görüşməkdən imtina etdiyini yazıb.
ABŞ-ın Milli Təhlükəsizlik məsləhətçisi Boltonun ofisiylə əlaqəyə keçən NYT, Boltonun məsləhətçiləri "bu yaşananların bir hədd bildirmək olmadığı" mövzusunda israrçı olduqlarını bildirib.
 
"Boltonun istədiyi zəmanəti verməyən Türkiyə, əksinə həddini bildirmişdir "
 
“ABC News” kanalı prezident Ərdoğanın ABŞ-ın Milli Təhlükəsizlik məsləhətçisi Boltonun İsraildə etdiyi açıqlamanın çox ciddi bir səhv olduğunu söylədiyini qeyd edərək, Boltonun terror təşkilatı PKK / YPG üçün arzuladığı zəmanəti almadan ABŞ-a döndüyünü bildirib.
ABŞ-ın Suriyadan çəkilməsi üçün terror təşkilatı PKK / YPG-yə zəmanət verilməsi tələbinin rədd edilməsindən başqa, Boltonun tələbinin terror təşkilatı PKK / YPG-yə qarşı yeni təhdidlərə yol açdığını qeyd edən “ABC News”, ABŞ-ın "sahədəki müttəfiqlərini" artıq necə qoruyacağı ilə bağlı böyük bir sual işarəsi olacağını vurğulayıb.
Müxalifət.az