Ərdoğan BMT-ni və Aİ-ni SƏRT TƏNQİT ETDİ: Biz bu məsələni...

Baxış sayı:
10549

BMT hələ də ədaləti təmin etmək iqtidarında deyil.
Virtualaz.org bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TRT World Forum" forumunun bağlanış mərasimində deyib.
R.T.Ərdoğan vurğulayıb ki, Ümumdünya Təşkilatının ciddi islahatlara ehtiyacı var: "Yeddi qitənin təmsil olunduğu BMT TŞ - biz buna nail olmalıyıq. BMT TŞ-in 5 daimi üzvdən formalaşması İkinci Dünya müharibəsinin nəticələrindən irəli gəlirdi. Bu gün biz başqa şəraitdə yaşayırıq, dəyişikliklərin vaxtı gəlib".
Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsini şərh edərkən isə T.Ərdoğan bildirib ki, Birliyin özü ölkəsinin bu quruma daxil olması prosesini ləngidir. Prezident bu səbəbdən Türkiyədə ölkənin Aİ-yə daxil olması ilə bağlı referendum keçirilməsini istisna etməyib: "Biz bu məsələni müzakirə edəcəyik, əgər "hə" qərarı qəbul edilsə, biz dərhal addımlar atacağıq".