​Ərdoğan: Bizimlə qəbilə dövləti kimi davrana bilməzsiniz!

Baxış sayı:
4840

Biz sıradan bir millət deyilik. 21 milyon kv.km torpaqlardan azalaraq 780 min kv.km-ə qədər gəlib çatmışıq. Yəni torpaq nədir, bilirik. Kimsə bizimlə qəbilə dövləti kimi davrana bilməz.
 Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi qulluqçular qarşısında çıxışında deyib.
“Türkiyənin nə Avropada, nə Şimali Afrikada, nə də Qafqaz regionu, Balkan yarımadası, Mərkəzi Asiyada baş verənləri uzaqdan seyr etmək kimi bir rahatlığı yoxdur. Bu torpaqlarda yaşanan hər olay birbaşa ölkəmizə təsir etməkdədir. Yəni Balkanlarda, Mərkəzi Asiyada qeyri-sabitlik varsa, Afrikada insanlar, aclıqla, yoxsulluqla mübarizə aparırsa bunu mənfi təsirləri Türkiyədə hiss edilir”, - deyə Ərdoğan bildirib.