​Ərdoğan: “Biz bu cür alçaq cinayəti hiddətlə pisləyirik…”

Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada baş verən partlayışı pisləyərək bəyan edib ki, ölkəsi bundan sonra da terrorizmlə mübarizəni davam etdirəcək.
Bu barədə “Reuters” xəbər verib.
“Biz bu cür alçaq cinayəti hiddətlə pisləyirik. Buna baxmayaraq, biz həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda  terrorizmlə qətiyyətli mübarizəni davam etdirəcəyik. Bu kimi cinayətləri törədənlər humanizm və insanlıq prinsiplərindən məhrumdurlar”.
Qeyd edək ki, fevralın 17-də Ankarada baş vermiş terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.