“Ərdoğan başınızı əzəcək” deyən yəmənli aktivist: “Allahin izni ilə gələcək türklərindir!”

Baxış sayı:
2256

Bu gün Liviyadadır, sabah Yəməndə olacaq, inşallah”; “BƏƏ və səudların bütün dinsizlərini yerlə bir edəcək”

Yəmənli aktivist Esaat Əl Şarii deyib: “Yaxın bir zamanda səmalarımızda türk “Bayrakdarı”nı görəcəyik, inşallah. BƏƏ və səudların bütün dinsizlərini yerlə bir edəcəklər. Allahın izni ilə gələcək türklərindir, osmanlılarındır”.
Aktivist deyib: “Dedim: “Siz kimsiniz? Atalarınızın burnunu yerə sürtmək üçün Osmanlı mədəniyyəti gəlir. Ey osmanlılar, xoş gəlirsiniz. Osmanlıların nəvəsi Tayyib Ərdoğan xoş gəldin. Tayyib Ərdoğan indiki dövrün Ərtoğruludur. Bu gün Liviyadadır, sabah Yəməndə olacaq, inşallah. Gəlir, gəlir, gözləyin. Vallahi Yəməndə sizə elə bir yemək hazırlayıb ki… Səbr edin. Ey səudlar və BƏƏ, sizin də, atanızın da Yəməndə başını əzəcək. Bildiyiniz kimi, Ərdoğan Somalidədir və Somali ilə münasibətləri çox yaxşıdır. Hərbi sahədə də Oman ilə Türkiyə arasında müqavilə imzalanacaq. Ərdoğan Yəməndə, Somalidə və Omanda olduğu zaman Səudiyyə Ərəbistanı ilə BƏƏ regionda milçək uçura bilməzlər. Vallahi müqavilə imzalansa, Birləşmiş Ərəb mirliklərindəki Cebel Əli limanında kabuslar dolaşacaq”.

“Ərdoğan gəlir”

“Diqqət edin, BƏƏ-ni idarə edən Əz Zayed ailəsinin pisliklərinə tarix boyunca şahid ola bilərsiniz. Somali, Cuburi, Yəmən və Omanda olan bütün limanların işini dayandırdılar. Yaxşı, nə üçün dayandırdılar? Çünki bu limanlar işləsə, Cebel Əli limanı kənarda qalar. Vallah qardaşlarım, Cebel Əli limanında olan məhsulların çoxu artıq çürüyüb. Liman mikrob yuvasıdır. Ərdoğan gəlir. Ey, BƏƏ və Səudiyyə Ərəbistanı, bilin ki, gələcək osmanlılarındır, osmanlılarındır, osmanlılarındır”.
“Yaxın bir zamanda Yəmən səmalarında türk “Bayraktarı”nı görəcəyik, inşallah”
“Bir koronavirus ərşinizi sarsıtdı. Digər tərəfdən isə, maşallah, Ərdoğan bu prosesi çox güclü və təmkinli şəkildə aparır. Gəlir, səbr edin, səbr edin. Liviyada nələr olduğunu gördünüz, vallah eynisi Yəməndə də olacaq. Yaxın zamanda Yəmənin səmalarında inşallah türk “Bayraktarı”nı görəcəyik. BƏƏ və səudların bütün dinsizlərini yerlə bir edəcək. Allahın izni ilə gələcək türklərindir, osmanlılarındır. Qardaşlarım, sizi Allaha əəmanət edirəm”.
Hurriyyet.org