​Ərdoğan Balkan ölkələrinə səfəri zamanı ÖLDÜRÜLƏCƏKMİŞ – Türkiyə kəşfiyyatından açıqlama – YENİLƏNİB

Baxış sayı:
1975

Türkiyə xüsusi xidmət qurumları prezident Rəcəb Tayyip Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib. İnsidentin prezidentin Balkan ölkələrinə səfəri zamanı baş verə biləcəyi bildirilir.
TRT telekanalı öz mənbələrinə istinadən bildirib ki, sui-qəsdin hazırlanması barədə məlumatı ilk olaraq Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən əldə edib.      
Məlumata görə, sui-qəsd Türkiyə əsilli şəxslər tərəfindən hazırlanıb.
Sui-qəsdin mümkün tarixi və yeri barədə məlumatın olmadığı bildirilir.
Qeyd edək ki, Türkiyə prezidenti bu gün Bosniya və Herseqovinaya səfər edəcək.