Ərdoğan azərbaycanlı rəssamı Ankaraya dəvət etdi - Video

Baxış sayı:
484

Azərbaycanlı rəssam İlham Ənvəroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Konyaya səfəri zamanı tablo hədiyyə edib.

“Yeni Sabah” "Real TV"yə istinadən xəbər verir ki, türkçülüyü özündə əks etdirən tablodan məmnunluğunu bildirən Türkiyə prezidenti rəssamı Ankaradakı iqamətgahına dəvət edib.

Qeyd edək ki, İlham Ənvəroğlu 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olub.

Hazırda Selcuk Universitetinin professoru olan rəssam bugünədək xaricdə 25 fərdi sərgi açıb, 100-dən artıq beynəlxalq sərgidə iştirak edib. Keçirilən beynəlxalq müsabiqələrdə dünya birincisi olub.

Xatırladaq ki, rəssamın Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstanda keçirilən “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisi keçirilib.