​Ərdoğan: Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük

Baxış sayı:
491

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 20 Yanvar 1990-cı ildə Azərbaycanın azadlığı uğrunda şəhid olanları ehtiramla yad edib.
Muxalifet.az-ın xəbərinə görə, o bu barədə Twitter-də yazıb.
“28 il  bundan əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canında keçən şəhidlərin xatirəsini ehtiramla yad edirəm. Biz azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük. Türkiyə həmişə Azərbaycanın yanında olacaq”, - yazıda deyilir.
Ərdoğan öz Twitter səhifəsində Azərbaycan və Türkiyə bayraqlarından, həmçinin  #20Yanvar heşteqindən istifadə edib.