Ərdoğan Avropadakı TÜRKLƏRLƏ GÖRÜŞMƏYİN YOLUNU TAPDI

Baxış sayı:
4333

Türkiyənin prezidenti Ərdoğan, bəzi Avropa ölkələrinin seçki işinə gətirdiyi əngəllərə qarşı Bosniya formulunu açıqlayıb.
 
Ərdoğan, "Biz bildiyimiz yoldan ardıcıl surətdə irəliləməyə, doğru olanı etməyə davam edəcəyik. Avropada bəzi ölkələrin seçki kampaniyası üçün salon veririk, vermərik kimi mübahisə etdikləri bir zamanda, biz də oralarda yaşayan vətəndaşlarımızla Bosniya Və Herseqovinada görüşməyə qərara aldıq. Avropa ölkələrindən gələcək vətəndaşlarımızla Bosniya- Herseqovinadakı bir salonda bir araya gələcəyik. Avropadakı vətəndaşlarımız da yaşadıqları ölkələrdə çalışmalarını davam etdirəcəklər əlbəttə" deyib.
Digər tərəfdən, Ərdoğan, Netanyahunun İranla bağlı açıqladı gizli sənədlər haqqında "Tez-tez ortaya bir çox şeylər atılır. Regiona dair xəbərləri və prosesləri, əlbəttə, bizlər də təqib edirik" deyə, bildirib.
Müxalifət.az