​Ərdoğan Ankara, Bağdad və Tehran üçlüyü haqqında

Ankara, Bağdad və Tehran İraqın şimalında böyük uğurlara nail olub.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Heydər əl-Abadi ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, qonşu ölkələrin Ərbilə müstəqillik referendumunun təxirə salınması ilə bağlı müraciətinə baxmayaraq, kürd muxtariyyətinin rəhbəri buna əhəmiyyət verməyib.
O həmçinin əlavə edib ki, Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləyir.