Ərdoğan Amerika şirkət rəhbərlərinə təminat verdi

Baxış sayı:
3739

Prezident Ərdoğanın Türkiyədə fəaliyyət göstərən Amerikalı şirkətlərin nümayəndələri ilə görüşüb. Görüşdən sonra prezident Ərdoğan açıqlama verib.
 
Görüşdə rəhbər şəxslərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Firmalara, “sərmayələrinizi davam etdirin, investisiya qoymaqdan çəkinməyin” mesajı ən yüksək səviyyədən verilib. İqtisadiyyat qurumları da toplantıda iştirak edib.
Ərdoğan bu mesajları verib:
"ABŞ ilə problemlərin iş dünyasına təsir etməsini istəmirəm. Azad bazar prinsiplərindən geriyə çəkilmək olmayacaq. Türkiyə uzun perspektivdə iqtisadiyyatda böyüməni davam etdirəcək. Türkiyə ehtiyaclara görə lazımi tənzimləmələri etməyə davam edəcəkdir. Strateji tərəfdaşlığımız investisiya və ticarət ilə güclənəcək".
 
TÜRKİYƏ QARŞILAŞDIĞI PROBLEMLƏRİN ÖHDƏSİNDƏN GƏLƏCƏK
 
Ərdoğan, “Türkiyə qarşılaşdığı problemlərin öhdəsindən gələcək. ABŞ-a qarşı görülən tədbirlərin müəssisələrə zərər verməməsinə diqqət edilir. Siyasi məsələləri iqtisadi məsələlərlə qarışdırmağı doğru saymıram" deyib.
Müxalifət.az