​Ərdoğan Amerika qitəsinə yol tapır - Trampa mesaj

Baxış sayı:
6067

Türkiyə Qətərdə etdiyi kimi, Venesuelada da hərbi baza açmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Hüsaməddin Aslan Ərdoğan-Maduro görüşünü şərh edərkən deyib.
“Dünyanın ən böyük neft ehtiyatına sahib olan ölkənin neft ixracı və yeni bazarlar tapması səbəbindən Yaxın Şərq ölkəsi – Türkiyə ilə əlaqə qurması olduqca önəmlidir. Ərdoğanın bu simvolik səfəri eyni zamanda qızılla həyata keçirilən ticarət məsələsində də böyük əhəmiyyət kəsb edir. Yəni, Maduro və Ərdoğan mətbuat konfrasında ABŞ-a “Kiminlə qızıl ticarəti edəcəyimiz məsələsi heç kimə danışılmayacaq” mesajı yolladı və razılıq əldə etdi”, - deyə ekspert bildirib.