Ərdoğan ABŞ və İSRAİLİ İTTİHAM ETDİ

Baxış sayı:
5041

Türkiyə prezidenti Ərdoğan, İsrailin Suriyada lazımsız zorakılığını tənqid edərkən, Trampın ABŞ-ın İsrail səfirliyinin Qüdsə köçürülməsini də böyük bir xəta dəydi.
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “BBC Ərəbcə”yə açıqlama verib. İsrail mətbuatında da geniş yer alan müsahibədə Ərdoğan, regionda baş verən son vəziyyəti qiymətləndirib.
 
İSRAİL YAXIN ŞƏRQİ MÜHARİBƏNİN ASTANASINA GƏTİRİR
 
Ərdoğan, İsrailin Suriyaya qarşı lazımsız bir təcavüzkar mövqe nümayiş etdirdiyini ifadə edərkən, “İsrail Yaxın Şərqi qorxudur və bölgəni müharibə həddinə gətirir" deyə, bildirib.
 
ABŞ-ın İRAN VƏ QÜDS QƏRARINI TƏNQİD ETDİ
 
Ərdoğan, ABŞ prezidenti Donald Trampın İranla bağlanan nüvə müqaviləsindən ayrılmasını da tənqid edib.
Ərdoğan, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq ABŞ səfirlik binasını oraya daşınmasının da böyük bir xəta olduğunu deyib. Ərdoğan, bu hərəkətın ABŞ-ı diplomatik cəhətdən təcrid etdiyini söyləyərkən, "ABŞ, Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq, müttəfiqlərini itirmək riski ilə üz-üzə qaldı" deyib.
Müxalifət.az