Ərdoğan ABŞ mediasına yazdı: KÖRPÜDƏN ƏVVƏL SON ÇIXIŞ

Baxış sayı:
3268

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Amerikanın “Wall Street Journal” qəzetinə Suriya böhranı və İdlib problemi ilə bağlı bir məqalə qələmə alıb.
 
"Dünya Əsədi dayandırmalıdır" başlıqlı məqaləsində Ərdoğan bunları qeyd edib:
“Əsəd rejimi, yeddi ildir ki, Türkiyənin cənub sərhədində Suriya vətəndaşlarını özbaşına həbs, sistematik işgəncə, edamlar, varil bombaları,  kimyəvi və adi silahlarla hədəfə alır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının "İkinci Dünya Müharibəsindən bəri baş verən ən böyük insan mənşəli fəlakət" kimi xarakterizə etdiyi Suriya vətəndaş müharibəsi nəticəsində milyonlarla günahsız insan qaçqın vəziyyətinə düşmüş və ya öz ölkələri daxilində yerlərindən edilmişdir.
Suriya xalqının acısını yüngülləşdirmək üçün fövqəladə səy göstərən Türkiyə, bu gün təxminən 3.5 milyon qaçqına, yəni başqa ölkələrin hamısından daha çox adama, ev sahibliyi edir. Eyni zamanda yanımızda fəaliyyət göstərən terror təşkilatları DEAŞ və PKK-nın hədəfi olduq. Ancaq nə humanitar yardım səylərimizin yüksək dəyəri, nə də təhlükəsizlik qayğılar qətiyyətimizi zəiflətmədi.
 
TÜRKİYƏ BÖHRANA SİYASİ HƏLL TAPMAQ ÜÇÜN DİPLOMATİK CƏHDLƏR GÖSTƏRDİ
 
Türkiyə, bu cür çətinliklərlə üzləşdiyi bir dövrdə eyni zamanda böhrana siyasi həll tapmaq üçün diplomatik cəhdlər göstərdi. Bu çərçivədə Suriya müxalifətini Cenevrədə bazarlıq masasına gətirdik, Rusiya və İran ilə yanaşı, Astana Prosesini başlatmışıq. Nəticə olaraq Türkiyə, atəşkəs anlaşmaları əldə etdi, gərginliyi azaltma bölgələri qurub və vətəndaşların rejim təcavüzü altındakı ərazilərdən evakuasiyasını təmin etdi.
Bu gün daha kritik bir ərəfədəyik. Əsəd rejimi, müttəfiqlərinin də köməyi ilə üç milyon nəfərə ev sahibliyi edən və yerlərindən edilmiş Suriyalılar üçün son təhlükəsiz limanlardan biri olan İdlibə böyük bir hücum həyata keçirməyə hazırlaşır. Hökumətimiz, bu təcavüzü əngəlləmək məqsədilə bir təhlükəsizlik zonasının yaradılmasına kömək etdi və atəşkəs pozuntularını sənədləşdirmək və hesabat vermək məqsədilə 12 müşahidə nöqtəsi təşkil edib.
 
TERRORLA MÜBARİZƏ ADINA GÜNAHSIZ İNSANLAR QURBAN EDİLƏ BİLMƏZ
 
Əsəd rejimi, yaxınlaşan hücumunu terrorla mübarizə zəminində qanuniləşdirməyə cəhd edir. Bunu açıq şəkildə ifadə edək: Terrorizmlə mübarizənin əhəmiyyətini heç bir ölkə, Suriya böhranı regiona inamsızlıq ixrac etməyə başladığından bəri ciddi terror hücumlarına hədəf olan Türkiyədən daha yaxşı anlaya bilməz. Ancaq Bəşşar Əsədin həlli saxta bir həlldir. Terrorla mübarizə adına günahsız insanlar qurban edilə bilməz. Belə bir addım ancaq yeni terrorizm və ekstremizm yuvaları yaratmağa səbəb olur. Belə ki, DEAŞ-ın ortaya çıxışı, Suriyada baş verənlərin səbəbi deyil, nəticəsi deməkdir. Beynəlxalq ictimaiyyət, terrorun kök atmasını əngəlləmək üçün bu şiddəti kontrol altında tutmaq məcburiyyətindədir.
İdlibdə oxşar problemlərlə qarşı-qarşıya olmuşuq. Aralarında HTŞ-nin də olduğu terror təşkilatları, bu regionda fəaliyyətlərini davam etdirir. Ancaq bu ünsürlər, İdlibin ümumi əhalisinin çox kiçik bir hissəsini təşkil edir. Terrorçuları və radikal ünsürləri zərərsizləşdirmək və xarici döyüşçüləri ədalətə təslim etmək üçün lazım olan, geniş beynəlxalq terrorizmlə mübarizə əməliyyatıdır. Türkiyənin, Suriyanın şimalında terrorçulara qarşı apardığı mübarizədə aparıcı rol oynayan mülayim müxaliflərin verəcəyi dəstək və istiqamətləndirmə, İdlibdə də çox əhəmiyyətli olacaqdır.
 
BEYNƏLXAL İCTİMAİYYƏT MƏSULİYYƏTLƏRİNİN FƏRQİNƏ VARMALIDIR
 
İdlibə keçiriləcək təcavüzü əngəlləmək, terrorla mübarizə addımlarını iflasa məruz qoymayacaqdır. Türkiyə, DEAŞ və PKK kimi terror təşkilatlarıyla mübarizədə vətəndaşlara zərər vermədən müvəffəqiyyət qazanmışdır. Terrordan əziyyət çəkən bölgələrdə sabitliyi yenidən təmin etmək uğrunda çoxlu şəhid verdik. Türkiyənin, Suriyanın şimalında nizamı mühafizə etməsi, məsuliyyətli bir terrorla mübarizə münasibətinin yerli xalqın dəstəyini qazanacaq ən açıq dəlilidir.
 
LAZIMİ ADDIM ATILMAZSA, BƏDƏLİ ÇOX AĞIR OLACAQ
 
İdlib təcavüzü yaxınlaşanda beynəlxalq ictimaiyyətin bütün üzvləri məsuliyyətini dərk etməlidir. Lazımi addımlar atılmazsa, bədəli çox ağır olacaq. Suriya xalqını, Bəşşar Əsədin insafına tərk edə bilmərik. Rejimin İdlibə qarşı hücumunun məqsədi, həqiqətən terrorla mübarizə etmək deyil, təsadüfi hücumlarla müxalifləri aradan qaldırmaq olacaq. Bu rejim təcavüzü, eyni zamanda Türkiyə, Avropanın qalanı və sonrası üçün ciddi humanitar və təhlükəsizlik riskləri yaradacaqdır.
 
RUSYA VƏ İRAN DA İNSANI BİR FƏLAKƏTİN QARŞISINI ALMAĞA BORCLUDUR
 
Bugünə qədər kimyəvi hücumlara diqqət yetirən ABŞ, bu əhvalı ölüm iyerarxiyasını rədd etməsi lazımdır. Çünki adi silahlar, daha çox ölümə səbəb olmuşdur. Ancaq yaşanacaq qətliamı dayandırma məsuliyyəti, yalnız Qərbə aid deyil. Astana Prosesindəki tərəfdaşlarımız Rusiya və İran da insanı bir fəlakətin qarşısını almağa borcludur.
İdlib, körpüdən əvvəlki son çıxışdır. Əgər Avropa və ABŞ, o cümlədən beynəlxalq ictimaiyyət bu gün lazımi addımları atmasa, bunun bədəlini yalnız Suriyalı günahsızlar deyil, bütün dünya ödəyəcəkdir. Türkiyə, qonşuda baş verən qətliamı əngəlləmək üçün əlindən gələn hər şeyi etmişdir. Səylərimizdə uğurlu olmağımız üçün dünyanın geri qalanının dar maraqlarını bir kənara qoyub, siyasi həllə dəstək verməsi lazımdır.
Hazırladı: Müxalifət.az