​Ərdoğan ABŞ-a keşişi verib, MOLLANI ALA BİLƏRMİ?

Baxış sayı:
5149

Prezident Rəcəb Tayyib Ərdoğanın barəsində “ver keşişi, al keşişi” dediyi rahib Bransonun məhkəməsi başladı. Ancaq Fətullah Gülən ilə bağlı ABŞ-da başladılan bir məhkəmə yoxdur. Ədliyyə Nazirliyi ABŞ-a mühüm sənədləri təqdim etsə də, həmin sənədlərin qapağı belə açılmadı. Bəkir Bozdağın Ədliyyə naziri olduğu dövrdə Gülənin ekstradisiyası ilə bağlı ABŞ-ın Ədliyyə naziri Ceff Sessionsa təqdim edilən sənədlərin hələ də məhkəməyə təqdim edilmədiyi məlum olub. Muxalifət.az xəbər verir ki, bu sözlər “Hürriyət”in köşə yazarı Əbdülqədir Səlvinin “Gülən bir gün MİT təyyarəsi ilə gətirilərmi?” başlıqlı köşəsində qeyd olunub. “Buna baxmayaraq, Ərdoğan “FETÖ səni də gətirəcəyik” deyərək ona səslənir. Çünki konyunktura dəyişir. MİT indiyə qədər 18 ölkədən 80 FETÖ-çunu ölkəyə gətirib. Bu iş bir “alver” məsələsidir. Yaxşı, bir gün Fətullah Gülən də ABŞ-dan gətirilə bilərmi? Bu sualın cavabını araşdırdım. Əgər ABŞ-ın Güləndən daha önəmli bir mənfəətindən söhbət getsə, onun qaytarıla biləcəyi deyilir. Birdən gördünüz ki, MİT-ə aid bir təyyarədə gözlərindəki sarğı açılır və “Məmləkətə xoş gəldin, FETÖ” deyilir. Öcalanda olduğu kimi”.