​Ərdoğan ABŞ-a heç belə meydan oxumamışdı: "Alçaqlar ordusu hamınız gəlin..."

Baxış sayı:
6650

Türkiyə Silahlı Qüvvələri ən qısa zamanda Afrin əməliyyatına başlayacaq.
Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Afrindən sonra növbəti hədəf Münbiç olacaq:
"Hazırlıqlar bitib. Hərəkat hər an başlaya bilər. Sərhədimiz boyunca 30 min silahlı da daxil olmaqla bütün terrorçuları məhv edənə qədər əməliyyat davam edəcək".
Ərdoğan ABŞ-ın Suriyada PKK silahlılarından yeni ordu qurması məsələsinə də münasibət bildirib:
"İndi ABŞ sərhədimizdə terror ordusu qurur. Bizim əsas məqsədimiz bu terror ordusunu doğulmadan boğmaqdır. 30 minlik orduya 4800 TIR dolu silah göndərib. Nə göndərirsənsə, göndər. O 30 minlik ordunu məhv edəcəyik. Rüsvay olacaqsız".