Ərdoğan ABŞ-da coşquyla qarşılandı:Ağladan görüş!

Baxış sayı:
7240

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, ABŞ-da Türk-Amerika İstiqamətləndirmə Komitəsinin (TASC) təşkil etdiyi tədbirə qatılıb. Ərdoğan burada böyük bir coşqu ilə qarşılanıb.
 
İştirakçılar əllərində "We love Ərdoğan" (Ərdoğanı sevirik), "We Love Türkiyə" (Türkiyəni sevirik) yazılı plakatlar və Türk bayraqları ilə prezident Ərdoğanı salamlayıblar.
 
DÜNYANIN HƏQİQƏTƏN 5-dən BÖYÜK OLDUĞUNU GÖSTƏRDİNİZ
 
ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi (USCMO) Usamə Camal çıxışında Türkiyənin müsəlman ümmətinə etdiyi yardımlar və Qərblə qurduğu güclü əlaqələrlə özünü inkişaf etdirdiyini bildirərək," Yüksək bədəllər ödəmək məcburiyyətində qalsa belə, Türkiyə məzluma sahib çıxdı. İndi də öz müasir tarixini yazır. Arakanda, Yəməndə, Suriyada və hər yerdə" deyib.
Türkiyənin Rusiya ilə Soçi razılığını xatırladan Camal, "Dünyanın 5 super gücü İdlibdəki böhrana bir çözüm tapa bilmiəzkən, bunu siz etdiniz. Dünyanın həqiqətən 5-dən böyük olduğunu göstərdiniz" deyə, bildirib.
Türkiyə və ABŞ arasında son dövrdə yaşanan gərginliyə də toxunan Camal. "ABŞ-da Müsəlmanlar olaraq Türkiyə və ABŞ-ın bir an əvvəl bir razılığa gəlməsi üçün dua edirik" deyib.
 
"TÜRKİYƏ DÜNYADAKI BÜTÜN MÜSƏLMANLARIN QARDAŞIDIR “
 
New-York Məclisinin sədri Abdel Hafid də buradakı çıxışında, Türkiyədəki 25 iyun seçkilərini yaxından təqib etdiyini bildirərək," Türk insanını bir seçkinin necə keçiriləcəyini göstərdiyi üçün təbrik edirəm” deyib.
ABŞ-dakı Müsəlmanların İslama qarşı tətbiq edilən zülmə və İslamofobiyaya qarşı çıxmağa davam edəcəyinə və bu məsələdə Türkiyəni nümunə aldıqlarına işarə edərək, "Türkiyə dünyadakı bütün Müsəlmanların qardaşıdır" deyə, söyləyib.
Görüş zalında 1200-dən çox iştirakçı varkən, mindən çox adam də zalın kənarında gözləyib.
Digər tərəfdən, görüş davam edərkən prezidenti Ərdoğanın yanına gedərək onunla bir müddət söhbətləşən Fələstinli Əbu Bəkr Serag, Anadolu Agentliyinə açıqlama verib.
 
“BİR YUXUDAN DAHA ÇOX BİR ŞEYDİR”
 
Kaliforniadakı Glendale İslam Mərkəzinin sədri Serag, “Çox xoşbəxtəm ki, bu mənim üçün bir yuxudan daha çox bir şeydir. Bunun gerçək olduğuna da inana bilmirəmmıram" deyib.
Serag, "78 yaşım var və həyatım boyu heç bir lideri sevmədiyim qədər Ərdoğanı sevdim. İmkanım olsa, bütün istəyimlə həyatımdan alıb, onun təhlükəsizliyi və sağlamlığı üçün verərdim" deyib.
Prezident Ərdoğanın insanlığa xidmət məsələsində məsuliyyətli davrandığını qeyd edən Serag, "Ona 3 səhifəlik bir məktub verdim və bütün ümmətin arxasında olduğunu izah etdim" deyə, kövrələrək söyləyib.
Müxalifət.az