Ərdoğan ABŞ-da ciddi mesajlar verdi

Baxış sayı:
6094

Türkiyə prezidenti Ərdoğan Nyu-Yorkda Türk və Müsəlman ictimaiyyətinə müraciət edib. Ərdoğan çıxışında dəqiq mesajlar verib.
 
Ərdoğanın çıxışından bəzi sətır başları:
 
İDLİB BÖHRANINDA İNTENSİV SƏYLƏR GÖSTƏRDİK
 
“Son İdlib böhranında olduğu kimi, tək bir nəfərin belə burnunun qanamaması üçün diplomatik sahədə intensiv səylər göstərdik. Bu cəhdlərimizin bəhrəsini görməyə başladıq.
 
TƏHLÜKƏSİZ BÖLGƏLƏR ARTACAQ
 
İnşallah qarşıdakı dövrdə Fəratın şərqini də əhatə edəcək şəkildə, Suriyanın daxilindəki təhlükəsiz bölgələri artırmağa davam edəcəyik.
 
TERRORUN KÖKÜ QAZINANA QƏDƏR MÜBARİZƏMİZ DAVAM EDƏCƏK
 
Ölkəmizə qarşı terror təhdidinə son qoyulana, Suriyanın gələcəyinə qəsd edən cinayətkar şəbəkələrin kökünü qazıyana qədər mübarizəmizi davam etdirəcəyik.
 
QÜDSÜ İŞĞALÇILARIN EHTİRASLARINA BURAXMAYACAĞIQ
 
İlk qibləmiz olan Qüdsü, işğalçıların və Fələstinlilərə dövlət terroru həyata keçirənlərin ehtiraslarına buraxmayacağıq.
 
İSRAİL VƏ ABŞ-a QÜDS MESAJI
 
İsrail və Amerika rəhbərliklərinin Qüdsün izzətini və şərəfini ayaqlar altına alan təcavüzlərinə qarşı mübarizəmizi diplomatik yöndə ən yüksək səviyyədə verəcəyik.
 
BMT-nin ACİZLİYİNİ QƏBUL EDİRİK
 
(Suriya və Fələstində baş verənlərə işarə edərək) Bütün bu problemlərin düyünə düşməsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası kimi qlobal sülh və sabitliyin təminatçısı olan təşkilatların acizliyini əlbəttə, qəbul edirik. Bu təşkilatların qurumlarının çox vaxt qlobal sülhdən çox, müəyyən qüvvələrin maraqlarının qorunmasına xidmət etdiklərini bilirik.
Məzhəb və etnik fərqliliyimizi toqquşma və ya üstünlük vəsiləsi deyil, ümmətin rəngarəngliyinin, zənginliyinin bir timsalı kimi görəcəyik. Digər din mənsublarını kənarlaşdırmadan, bəşəriyyətin ortaq faydalarda görüşməyin yollarını axtaracağıq.
Amerikalı Müsəlmanların son dövrdə siyasətə və qarşıdakı seçkilərə yönəlik artan marağını məmnuniyyətlə qarşılayıram. Seçkilər nəticəsində bir çox qardaşımızı təmsil və qərar məqamında da inşallah görəcəyimizə inanıram".
Müxalifət.az