Ərdoğan ABŞ-ın azad etdiyi bankirə vəzifə verdi

Baxış sayı:
6379

ABŞ-da həbsdən azad edilən "Xalqbank"ın keçmiş müdir müavini Hakan Atillaya vəzifə verilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Maliyyə naziri Barat Albayraq Tvitter hesabında yazıb. “Haqsız yerə həbsdə yatmasından sonra ailəsinə və ölkəsinə qovuşan Hakan Atillanın istirahət dönəmi bitdi. İstanbul Fond Birjasının baş direktoru kimi vəzifəsinin icrasına başlayır. Bu vəzifənin onun və İstanbul Fond Birjası üçün uğurlu olmasını diləyirəm”, - Albayraq bildirib. Xatırladaq ki, uzun müddət ABŞ-da həbsdə saxlanılan "Xalqbank"ın keçmiş müdir müavini Hakan Atilla iyulun 19-u azadlığa buraxılıb.